Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb

© Photo : REPORTKürdəmirdə mikroavtobus "KamAZ"a çırpılıb
Kürdəmirdə mikroavtobus KamAZa çırpılıb - Sputnik Azərbaycan, 1920, 11.05.2023
Abunə olmaq
Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.
BAKI, 11 may - Sputnik. Cəlilabad rayonunda yol qəzasında yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.
"Report"un məlumatına görə, "QAZel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.
Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.
Xəbər lenti
0