CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həzi Aslanovun məzarı ziyarət edilib

© AR Ministry of DefenceHəzi Aslanovun məzarı ziyarət edilib
Həzi Aslanovun məzarı ziyarət edilib
 - Sputnik Azərbaycan, 1920, 09.05.2023
Abunə olmaq
Böyük Vətən müharibəsi illərində göstərdiyi şəxsi igidlik və şücaətə görə qəhrəmanımız iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
BAKI, 9 may - Sputnik. Mayın 9-da faşizm üzərində Qələbə münasibətilə bir qrup hərbi qulluqçu Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub. Bu barədə Müdafiə nazirliyindən xəbər verirlib.
Bildirilir ki, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilib.
Məşhur sovet Azərbaycan hərbi sərkərdəsi, qvardiya tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov 113 il bundan əvvəl Lənkəranda anadan olub.
Həzi Aslanov Böyük Vətən müharibəsi illərində göstərdiyi şəxsi igidlik və şücaətə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qızıl Ulduz ordeni, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı, habelə Lenin ordeni və medallarla təltif edilib.
2019-cu ildə Prezident İlham Əliyev görkəmli hərbi xadimin anadan olmasının ildönümü münasibətilə 2020-ci ildə yubiley tədbirlərinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0