Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qubadlıda üzərinə qaya parçaları aşan fəhlə ölüb

© Photo : AZƏRTACQaya parçası, arxiv şəkli
Qaya parçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Məlumatla əlaqədar keçirilən tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib
BAKI, 8 may — Sputnik. Qubadlıda işə gedən fəhlə üzərinə qaya parçaları aşması nəticəsində ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı məlumat verib.
Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub.
Məlumatla əlaqədar keçirilən tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib.
İlkin ehtimala görə, o, üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər lenti
0