Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Kiyevin radikal hərəkat yaratmasında günahı öz üzərindən qaldıra bilməyəcək

© AFP 2023 / GENYA SAVILOVKİyevə mənzərə, arxiv şəkli
Kİyevə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Matviyenko: Qərb guya "müasir Ukrayna ritorikasında dəhşətli heç nə eşitmir".
BAKI, 8 may — Sputnik. Qərbin Ukraynada nasizmi dəstəkləməsi Kiyevin radikal terror hərəkatları yaratmasına gətirib çıxardıb və Qərb bundan sonra bunun günahını öz üzərindən ata bilməyəcək.
Bunu Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Məhz Qərbin Ukrayna nasizminə verdiyi dəstək, faktiki olaraq, Kiyevin silahsız insanlara qarşı iyrənc hücumlar həyata keçirən radikal terror hərəkatları yaratmasına gətirib çıxardı. Qərb bundan sonra bunun günahını öz üzərindən atmağı bacarmayacaq", – deyə o, Federasiya Şurasının saytındakı bloqunda yazıb.
Matviyenko vurğulayıb ki, Qərb guya "müasir Ukrayna ritorikasında dəhşətli heç nə eşitmir".
"Amma bu ritorika 1920-ci illərin Ukrayna millətçilərindən bəri heç dəyişməyib. Həmin o milliyyətçilər daha sonra üçüncü Reyxə xidmət etməyə başladılar. Bu ideologiyaya görə ukraynalılar super millətdir, Rusiyada isə digər xalqlarla və irqlərlə qarışmış vəhşilər yaşayır. Bu, nasizm deyilmi? Bunu görməmək olarmı?", - deyə Matviyenko sual verib.
O qeyd edib ki, hətta bu yolla da "düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar".
"Rusiya dövlət və özünəməxsus sivilizasiya kimi - unikal superetnos kimi qalacaq. Hazırkı hegemonu və onun əlaltılarını isə bu cür ikiüzlülüyə - əslində, insanlığa qarşı mənəvi cinayətə görə tarixin özü gec-tez cavab verməyə çağıracaq", - deyə Matviyenko fikrini yekunlaşdırıb.
Bundan əvvəl Valentina Matviyenko bildirmişdi ki, Ukraynada xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaq Rusiyanın suverenliyinin qorunmasına, həmçinin onun təhlükəsizliyinə zəmanət verir.
Xəbər lenti
0