DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çavuşoğlu: Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmaq fikrində deyil

© AP Photo / Burhan OzbiliciMövlud Çavuşoğlu, arxiv şəkli
Mövlud Çavuşoğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Türkiyənin xarici işlər naziri bildirib ki, eyni zamanda Ankara Montrö Konvensiyasının müddəalarının icrasını diqqətlə izləyir.
BAKI, 8 may — Sputnik. Türkiyə ABŞ və Avropa İttifaqının (Aİ) Rusiya qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara qoşulmağı planlaşdırmır.
Bu barədə TASS Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə istinadən xəbər verib.
"Biz ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyalarına qoşulmayacağıq. Biz öz maraqlarımızdan çıxış edirik", - TASS nazirin sözlərindən sitat gətirib.
Çavuşoğlu əlavə edib ki, eyni zamanda Ankara Montrö Konvensiyasının müddəalarının icrasını diqqətlə izləyir.
Mart ayında Türkiyə prezidentliyinə namizəd, "Vətən" Partiyasının lideri Doğu Perinçek seçkilərdə qalib gələcəyi təqdirdə Qərb ölkələrinin anti-Rusiya sanksiyalarına qarşı mübarizə aparmağa hazır olduğunu bildirib.
Türkiyə prezidentliyinə digər namizəd, "Valday" klubunun üzvü Sinan Oğan isə ölkə hakimiyyətini Rusiyaya qarşı sanksiyalarla bağlı Qərbi təkrarlamamağa çağırıb.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Qərb Rusiyaya sanksiya təzyiqlərini artırıb, bir çox Avropa şirkəti Rusiya bazarını tərk edib. Ötən ilin fevralından Avropa İttifaqı artıq Rusiya Federasiyasına qarşı on sanksiya paketi tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə qeyd edib ki, ölkəni cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Moskva dəfələrlə bəyan edib ki, ölkə sanksiyaların öhdəsindən gələcək.
Rusiyadakı Belçika-Lüksemburq Ticarət Palatasının baş direktoru Oleq Prozorov qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Qərb şirkətlərinin üzərinə ağır psixoloji yük qoyur, lakin buna baxmayaraq, onlar Rusiya bazarında öz varlığını qoruyub saxlamağa çalışırlar.
Xəbər lenti
0