DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İbrahim Kalın: Türkiyənin Ukrayna ilə bağlı həll planı yoxdur

© AFP 2023 / YASIN AKGULİbrahim Kalın, arxiv şəkli
İbrahim Kalın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Türkiyə prezidentinin sözçüsünün fikrincə, təklif olunan variantı plan adlandırmaq olmaz.
BAKI, 8 may — Sputnik. Türkiyənin Ukrayna böhranının həlli ilə bağlı planı yoxdur, lakin Ankara münaqişənin həlli üçün öz "perspektivini" təklif edib.
Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Habertürk" telekanalına verdiyi müsahibəsində deyib.
Eyni zamanda, siyasətçinin fikrincə, təklif olunan variantı plan adlandırmaq olmaz.
Siyasətçinin sözlərinə görə, münaqişə əvvəlcə "tükənmə müharibəsi" adlandırılıb.
"Lakin bu qiymətləndirmə yalan olub. Rusiya hələ də hərbi və iqtisadi gücə malikdir", - RİA Novosti İbrahim Kalının sözlərini sitat gətirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də bildirib ki, Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar yalnız Rusiyanın maraqlarının nəzərə alınması əsasında aparıla bilər.
Ukrayna Prezidenti Vladimir Zelenski Çin Prezidenti Si Cinpinlə telefon danışığından sonra Kiyevin sülhə nail olmaq üçün ərazi kompromislərinə getməyəcəyini bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xəbər lenti
0