CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad edilən ərazilərdə mina axtarışları davam edir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Ötən həftə işğaldan azad edilmiş bölgələrdə aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 88, tank əleyhinə 75 mina və 123 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib
BAKI, 8 may — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 163 mina aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, mayın 1-dən 6-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 88, tank əleyhinə 75 mina və 123 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 356 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xatıraldaq ki, ANAMA-nın yaydığı məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışov həyatını itirib. Bundan əvvəl isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.
Xəbər lenti
0