DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-dan S-400-lərlə bağlı Türkiyəyə əcaib təkliflər

© AFP 2023 / ALEXANDER NEMENOVРоссийская система пуска зенитных ракет С-400 представлена на экспозиционном поле в парке "Кубинка Патриот" под Москвой
Российская система пуска зенитных ракет С-400 представлена на экспозиционном поле в парке Кубинка Патриот под Москвой - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
Türkiyənin xarici işlər nazi Mövlud Çavuşoğlu ABŞ-ın Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı təkliflərini səsləndirib.
BAKI, 7 may - Sputnik. ABŞ Türkiyəyə S-400 Zenit Raket Kompleksini Ukraynaya göndərməyi təklif edib.
Bu barədə Türkiyənin xarici işlər nazi Mövlud Çavuşoğlu "Haberturk" telekanalına müsahibəsində bildirib.
Mövlud Çavuşoğlu deyib ki, ABŞ-ın S-400-lə əlaqədar bir neçə təklifi olub. Bunlardan biri də Rusiyadan alınan S-400 zenit-raket kompleksinin onu öyrənmək üçün ABŞ-a təqdim edilməsidir.
"ABŞ S-400-ləri öyrənmək üçün onlara giriş istədi. Təklif etdilər ki, S-400-ə nəzarəti onlara verək, onu araşdırsınlar. Amma bizim üçün bu, qəbuledilməz idi, müstəqil siyasətimizə zidd idi. Hətta bizə S-400-ü Ukraynaya göndərmək də təklif olundu, bizsə bundan imtina etdik. Biz onları öz ehtiyaclarımız üçün almışıq” - Çavuşoğlu deyib.
Türkiyə XİN-in başçısı ABŞ-ın bu təkliflərinin onların müstəqilliyinə müdaxilə olduğunu vurğulayıb: "Bəs bu halda bizim müstəqilliyimiz harada qaldı?".
Türkiyə xarici işlər naziri həmçinin bildirib ki, Ankara bir neçə dəfə ABŞ administrasiyasından belə qeyri-adi təkliflər alıb. Amma Türkiyə güzəştə gedən olsaydı, o zaman Vaşinqtonla indiki problemləri olmazdı.
Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 kompleksi üçün 2,5 milyard dollar dəyərində ilk müqavilə bağlanıb.
Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin ilk partiyasını alıb, lakin onun real imtiyazlar alacağı ikinci mərhələ hələ başlamayıb.
Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini alması başda ABŞ olmaqla onun NATO müttəfiqlərinin etirazına səbəb olmuşdu. ABŞ rəhbərliyi dəfələrlə bəyan edib ki, S-400 NATO silahları ilə uyğunsuzluq təşkil edir və onun əldə olunması siyasi məsələdir.
Lakin Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, "S-400" zenit-raket kompleksi məsələsinin siyasi məsələ olaraq dəyərləndirilməsi yanlışdır. "S-400" hərbi ehtiyac nəticəsində əldə edilib. Türkiyə Cümhuriyyətinin təhdidlərdən qorunmaq üçün Hava Hücumundan Müdafiə (HHM) Sistemlərinə ehtiyac vardı.
Türkiyə daha əvvəl ABŞ-dan "Patriot" HHM sistemləri almaq istəmiş, lakin müxtəlif bəhanələrlə rəsmi Vaşinqton bu qurğunu Ankaraya verməkdən imtina etmişdi. Türkiyə daha sonra bu ehtiyacını qarşılamaq üçün Çinə müraciət edib. ABŞ bu sövdələşmənin də baş tutmaması üçün lobbiçilik fəaliyyəti göstərib. Son nəticədə, bütün siyasi risklərə baxmayaraq, Türkiyə bu müdafiə sistemlərini Rusiyadan alıb.
NATO müttəfiqləri isə Türkiyəni Rusiya ilə silah alverində ittiham edərək ona qarşı sanksiyalar qəbul ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Moskva arasında S-400-lərlə bağlı mühüm razılığın əldə olunduğunu bəyan edib. Belə ki, Rusiya və Türkiyə "S-400" zenit-raket komplekslərinin komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməmək barədə razılığa gəliblər.
Bu yaxınlarda Türkiyədə NATO müttəfiqlərinin illərdir gözləyə bilmədiyi Ukraynaya hərbi yardım tədarükündən qəzəbləniblər. Bundan əlavə, 2023-cü ilin mayında Türkiyənin Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu ABŞ tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Belə ki, Vaşinqton Türkiyədəki suriyalıların biometrik və şəxsiyyət məlumatlarını əldə etməyi planlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0