Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nijni Novqorodda məşhur rusiyalı yazıçının həyatına qəsd edilib

© Sputnik / Рамиль СитдиковZaxar Prilepin
Zaxar Prilepin - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hücuma görə birbaşa məsuliyyəti ABŞ və Böyük Britaniyanın üzərinə qoyub.
BAKI, 6 may - Sputnik. "Prilepin yaxşıdır, Nijni Novqorodda dəqiq nə baş verdiyi hələlik müəyyən edilməyib". Bu barədə RİA Novosti-yə müsahibəsində tanınmış rusiyalı yazıçı Zaxar Prilepinin mətbuat xidmətindən məlumat verilib.
Məşhur rus yazıçısı, “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının həmsədri Zaxar Prilepinin avtomobilinin Nijni Novqorod vilayətində magistral yolda partladılması barədə KİV-ə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, avtomobilin sürücüsü ölüb, arxa oturacaqda olan Prilepin isə ağır yaralanıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova insidentlə bağlı xəbərləri şərh edərkən bildirib ki, ABŞ və NATO daha bir beynəlxalq bölməni - Kiyev rejimini yetişdirib.
Nijni Novqorod vilayətindəki müstəntiqlər və kriminoloqlar hadisə yerində araşdırma aparırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0