Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Heydər Əliyevin 100 illiyi ilə bağlı 11 növdə poçt markasının buraxılması nəzərdə tutulub

CC0 / Gerhard Gellinger / LettersПисьма
Письма - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Abunə olmaq
BAKI, 6 may - Sputnik. Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində bu il "Azərpoçt" tərəfindən 11 növdə poçt markasının buraxılması nəzərdə tutulub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmiş Rəşad Nəbiyev "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, baş nazirin razılığı olacağı təqdirdə ilk poçt markasının razılaşdırılması və dövriyyəyə buraxılması bu gün burada baş tuta bilər:

"Azərbaycan da daxil olmaqla dünyanın 8 ölkəsində ulu öndərin 100 illik yubileyinə həsr olunan markalarının buraxılması nəzərdə tutulub. Bu günə qədər Türkiyə, Rusiya və Qazaxıstan tərəfindən bu poçt markaları dövriyyəyə buraxılıb".

Qeyd edək ki, ötən gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının Mərkəzi Bank tərəfindən təqdimat mərasimi keçirilib.
MM Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxılmasını elan edib.
Eyni zamanda, Mərkəzi Bank ənənəsinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxır. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.
Bu yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın "The Royal Mint" şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib.
Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və "Heydər Əliyev" yazıları, arxa tərəfində isə "Azərbaycan Respublikası" sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiyada Ulu Öndərin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Heydər Əliyev ili
Moskvada "Heydər Əliyev və Baykal-Amur magistral xətti" mövzusunda tədbir keçirilib
Xəbər lenti
0