CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda sosial şəbəkəyə daha çox hansı məqsədlə daxil olurlar? - Ekspertlərin rəyi

© AFP 2023 / OLIVIER DOULIERYSosial şəbəkələrin loqotipləri, arxiv şəkli
Sosial şəbəkələrin loqotipləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Abunə olmaq
Müəyyən düşüncənin, tədqiqat və araşdırmaların paylaşıldığı, biznes münasibətlərinin qurulduğu sosial şəbəkələrə maraq getdikcə azalır. Ekspert hesab edir ki, yaxın gələcəkdə ölkədə böyük işsizlər ordusu formalaşacaq.
BAKI, 6 may — Sputnik. "Digital 2023 Global Overview" (Rəqəmsal 2023 Qlobal İcmal) hesabatı Azərbaycanla bağlı rəqəmləri açıqlayıb.
Belə ki, "Digital 2023 Global Overview"dakı məlumata görə, 10.39 milyondan çox əhalisi olan ölkədə "Instagram"* istifadəçilərinin payı 39.1, "Facebook"*"Messenger"* istifadəçiləri 14.4, "LinkedIn" istifadəçiləri 8.9, "Twitter istifadəçiləri isə 3.7 faiz təşkil edib.
Bütün bu rəqəmlərə əsaslanaraq nə deyə bilərik? Azərbaycanda sosial şəbəkələrdən daha çox hansı məqsədlərlə istifadə olunur?
Yaxud, insanlar daha çox nə üçün sosial şəbəkədən istifadə edir?
İKT üzrə ekspert Elvin Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, burada "Tiktok" ilə bağlı məlumat olmasa da, böyük ehtimal ki, "Instagram"* ilə bu sosial şəbəkənin auditoriyası eynidir:

"Çünki birində video, digərində isə fotolar nümayiş olunur. Bunların auditoriyaları eynidir. Yəni bu sosial şəbəkə istifadəçilərinin böyük qismi düşünməyi yox, nümayiş etməyi sevirlər. Azərbaycanda bu sosial şəbəkələr daha çox əyləncə məqsədi ilə istifadə olunur, heç bir təfəkkür olmadan özlərini, həyatlarını nümayiş etdirirlər".

© AFP 2023 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli

"Bu sosial şəbəkələrdən fərqli olaraq "Facebook"* və "Twitter"də isə fikir bəyan etmək mümkündür. Burada həmçinin müəyyən tədqiqatları nümayiş etmək mümkündür. "LinkedIn" isə daha çox iş mühiti üçün önəmlidir. Burada istifadəçilər profillərini yaradaraq iş vakansiyaları ilə maraqlanırlar. Bu sosial şəbəkədə də daha çox elmi statuslar paylaşılır", - deyə ekspert əlavə edib.

Mütəxəssis qeyd edir ki, "Instagram"* və "Tiktok" yarananadək ölkədə "Facebook"* daha məşhur olub:

"Lakin sonradan fikri olmayan, sadəcə özünü göstərmək istəyən bir seqment yarandı. Gülərək, yeyərək bir "selfi" çəkmək cəmiyyətə nə verə bilər ki?! Bu şəxslər ölkədə heç bir əlavə dəyər yaratmırlar. Çünki əlavə dəyərin yaranması üçün ən azı şəxsin bir fikri olmalıdır".

"Çox təəəssüf edirəm ki, Azərbaycanda fikri olmayan, özünü ifadə edə bilməyən seqment üstünlük təşkil edir", - deyə ekspert əlavə edib.
E.Abbasov onu da bildirib ki, ictimai birliklər daha çox işləməli, maarifləndirmə istiqamətində addımlar atmalıdır:

"Cəmiyyətə əlavə dəyər qatan, maraq yaradan, fayda verən şəxslər formalaşmalıdır. "Google"da hansısa məlumat axtaranda da məcburuq ki, rus və digər dillərdə axtarış edək. Çünki öz dilimizdə resurslar məhduddur. "Wikipediya" ilə bağlı vəziyyət də eynidir. Məlumat qıtlığımız var. Bu statistika da ölkədəki vəziyyəti bir daha göstərir".

Ekspertin qənaətinə görə, məhz "Instagram"*, "Tiktok" istifadəçilərinin sayının çox olması həm də onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkədə böyük işsizlər ordusu formalaşacaq. Əslində, təqdim olunan infoqrafikaya baxıb sosioloji aspektdən bir çox rəqəmlər, nəticələr əldə etmək mümkündür:

"On milyondan artıq əhalimiz var. Bu da o deməkdir ki, ölkədə üç milyona yaxın ailə var. Düşünün ki, bu qədər ailə var, hər ailədən ən azı bir nəfər faydalı kontent formalaşdırmalıdır", - deyə o əlavə edib.

İKT üzrə digər ekspert Fərid Kazımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda "LinkedIn" biznes dünyasının diqqət mərkəzindədir:
"Peşəkarcasına səviyyəsini nümayiş etdirmək istəyənlər bu sosial şəbəkədə daha aktiv olurlar. Sosial şəbəkələr həm də biznesdə məhsulların satışını həyata keçirtmək üçün imkan yaradır. Bu yolla onlar hətta öz bizneslərini də qura bilirlər. Bu gün sosial şəbəkələr imkan verir ki, 0-dan qurulan biznes müəyyən zaman çərçivəsində auditoriyasını qazana və onlara çıxış əldə edə bilsin".
© pixabay / lechenie-narkomaniiQolları qandallı adam kompüter arxasında, arxiv şəkli
Мужчина в наручниках перед компьютером, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Qolları qandallı adam kompüter arxasında, arxiv şəkli

"Bəzi ölkələrdə "Instagram"*a qadağanın qoyulması ilə biznesə nə qədər zərbə vurulduğunu görmüşük", - deyə o əlavə edib.

O qeyd edir ki, əvvəlki illərlə müqayisədə ölkədə "Facebook"un* aktivliyi azalıb:
"Əvvəllər "Facebook"*da aktiv olanlar indi "LinkedIn"də daha aktivdir. "Twitter" isə Azərbaycanda heç zaman böyük diqqət çəkməyib".
Bir sözlə, Azərbaycanda əhali sosial şəbəkələrdən daha çox reklam, biznes, özəl həyatını nümayiş etdirmək üçün isitfadə edir. Müəyyən düşüncənin, tədqiqat və araşdırmaların paylaşıldığı, biznes münasibətlərinin qurulduğu sosial şəbəkələrə maraq isə getdikcə daha da azalır.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0