DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türk spiker ukraynalıların Ankarada Rusiya nümayəndə heyətinə qarşı hücumunu pisləyib

© AFP 2023 / ADEM ALTANПредседатель Великого национального собрания Турции Мустафа Шентоп, фото из архива
Председатель Великого национального собрания Турции Мустафа Шентоп, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Mustafa Şentop qeyd edib ki, QDİƏT-in Ankarada keçirilən zirvə toplantısında Ukrayna Ali Radasının üzvlərinin Rusiya nümayəndə heyətinə qarşı təxribat xarakterli hərəkətləri və fiziki hücumları qəbuledilməzdir.
BAKI, 5 may - Sputnik. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Ankarada keçirilən Zirvə Toplantısında Ukrayna parlamentinin nümayəndə heyətinin bəzi üzvlərinin Rusiya nümayəndə heyətinin üzvlərinə qarşı təxribat xarakterli hərəkətləri və fiziki hücumları qəbuledilməzdir.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop “Twitter“ hesabında yazıb.
O, bölgədəki problemlərin dialoq əsasında həlli məqsədilə tərəfləri eyni masa arxasında bir araya gətirən QDİƏT-də belə xoşagəlməz və qəbuledilməz hadisənin baş verdiyinə təəssüfləndiyini ifadə edib.
“Türkiyənin əldə etməyə çalışdığı sülh mühitini pozan bu davranışı qınayıram”, - Şentop əlavə edib.
Xəbər lenti
0