Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıdakı oyundan əldə olunan vəsaitlə Türkiyədə məktəb tikiləcək

© AFP 2023 / OZAN KOSEBeşiktaş
Beşiktaş - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
“Sabah”la qarşılaşmadan əldə ediləcək pulla zəlzələ bölgəsində bir məktəbin tikintisi planlaşdırılır.
BAKI, 4 may — Sputnik. Türkiyənin “Beşiktaş” klubu ilə Azərbaycanın “Sabah” klubu arasında Bakıda keçiriləcək xeyriyyə oyunundan əldə ediləcək gəlirlə məktəb tikiləcək.
Türkiyəlilər mayın 13-də baş tutacaq qarşılaşmadan minimum 9 milyon lirə yığılmasına ümid edirlər.
Türkiyə klubunun açıqlamasında qeyd olunur ki, “Sabah”la qarşılaşmadan əldə ediləcək pulla zəlzələ bölgəsində bir məktəbin tikintisi planlaşdırılır. Qardaş ölkədə məktəb inşası üçün isə təxminən 9 milyon lirə tələb olunur. Bu isə təxminən 800 000 manata yaxın məbləğ edir.
Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyun saat 18:00-da başlayacaq.
Xatırladaq ki, aprelin 12-də İspaniya klubu “Atletiko” ilə keçirilən yoxlama görüşündə 10 milyon lirədən çox qazanc əldə edən İstanbul təmsilçisi bununla zəlzələdən əziyyət çəkən bölgədə bir məktəbin inşasına nail olub. (Report)
Xəbər lenti
0