Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə ilə Rusiya arasında razılıq əldə olunub

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidRusiya və türkiyə bayraqları, arxiv şəkli
Rusiya və türkiyə bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Türkiyənin energetika naziri bildirib ki, ötən il qaz qiymətlərinin kəskin və gözlənilməz artması ilə bağlı "Qazprom"la danışıqlar aparılıb və razılıq əldə edilib.
BAKI, 3 may — Sputnik. Türkiyə tədarük edilən təbii qaz üçün ödənişlərin bir hissəsinin təxirə salınması ilə bağlı Rusiyanın "Qazprom" şirkəti ilə razılığa gəlib.
Bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz "Haber Global" telekanalına açıqlamasında deyib.

"Ötən il biz qaz qiymətlərinin kəskin və gözlənilməz artması ilə bağlı "Qazprom"la danışıqlar apardıq və razılıq əldə etdik. Bu, Maliyyə Nazirliyimizlə razılaşdırılmış şəkildə həyata keçirilmişdi. Ticarət əlaqələrimizdə bu təcrübə daha əvvəl də olub, bu dəfə isə ödənişləri nəzərdən keçirməyi təklif etdik", - deyə nazir bildirib.

F.Dönməz əlavə edib ki, Rusiya ilə əlaqələr təkcə təbii qaz sahəsində deyil, həm də nüvə enerjisi sahəsində ən yüksək səviyyədə inkişaf edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0