DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Serbiyada məktəbdə yeniyetmə atəş açıb - KİV

© Depositphotos.com / IvankmitTapançadan atəş, arxiv şəkli
Tapançadan atəş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Hadisə Serbiya paytaxtının mərkəzindəki Vracar rayonundakı məktəbdə baş verib.
BAKI, 3 may - Sputnik. Serbiya polisi Belqradda bir mühafizəçinin öldürüldüyü, bir neçə şagird və müəllimin yaralandığı məktəbdə atəş açmaqda şübhəli bilinən 14 yaşlı yeniyetməni saxlayıb. Bu barədə RİA Novosti Serbiya mətbuatına istinadən xəbər yayıb.
Atışma çərşənbə günü səhər Serbiya paytaxtının mərkəzindəki Vracar rayonundakı məktəbdə baş verib.

“Polis 7-ci sinif şagirdini saxlayıb... Mövcud məlumata görə, bir mühafizəçi həlak olub, bir müəllim və bir neçə şagird yaralanıb. Hadisə yerində çoxlu polis var”, - deyə məlumatda bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0