Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Kino xadimləri Ulu Öndəri andılar: Heydər Əliyev və Azərbaycan Kinematoqrafiyası

© Photo : AZƏRTACUlu Öndərin 100 illiyi münasibətilə tədbir: Heydər Əliyev və Azərbaycan Kinematoqrafiyası
Ulu Öndərin 100 illiyi münasibətilə tədbir: Heydər Əliyev və Azərbaycan Kinematoqrafiyası - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən tədbirdə incəsənət xadimləri Ulu Öncərlə bağlı xatirələrini bölüşüblər. Tədbirin sonunda vaqif Mustafayevin "Ata yolu" filmi tamaşaçılara nümayiş etdirilib.
BAKI, 3 may — Sputnik. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib.
İttifaqdan bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri, tanınmış kino xadimləri, aktyor və rejissorlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İcraçı katibi, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev Ulu Öndərin Azərbaycan kinosuna diqqət və qayğısı barədə söz açıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxış edərək, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb:

"Onunla ilk görüşüm 1970-ci ilin mart ayına təsadüf edir. Həmin il martın 6-da paytaxtın teatr həyatında görünməmiş bir ilkə imza atıldı. "Xəyyam"ın premyerası yüksək peşəkarlıqla tamaşaçı mühakiməsinə təqdim olundu. Bizim üçün ən əlamətdar hadisə isə növbəti tamaşaların birində Azərbaycan rəhbəri Heydər Əliyevin xanımı Zərifə xanımla və hələ çox gənc olan oğlu İlhamla birlikdə teatra gəlməsi oldu. Heydər Əlirza oğlu tamaşadan sonra Turan xanımı, məni və Həsən Turabovu səhnə arxasına söhbətə dəvət elədi, tamaşanın uğuruna görə təşəkkürünü çatdırdı. Mən həmin görüşdən aldığım təəssüratı yəqin ki, heç zaman unutmaram".

Sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibləri Xalq artisti Oqtay Mir Qasımov , Əməkdar İncəsənət xadimləri Ayaz Salayev və Aydın Kazımzadə Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.
Sonda çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Vaqif Mustafayev Heydər Əliyevə həsr olunmuş filmlərindən, onunla çəkiliş zamanı olan xatirələrindən danışıb və kinorejissorun yüksək ustalıqla lentə aldığı Ulu Öndərə həsr olunmuş "Ata yolu" filmi tamaşaçılara nümayiş etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0