Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Taxıl sazişinin Rusiyanın kənd təsərrüfatı sahəsinə bağlı şərtləri yerinə yetirilməyib

© AP PhotoTaxıl, arxiv şəkli
Taxıl, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Taxıl müqaviləsi mayın 18-də başa çatır. Mayın 3-də bütün tərəflərin iştirakı ilə bu məsələ ilə bağlı danışıqların aparılacağını bildirilib.
BAKI, 2 may — Sputnik. Rusiya kənd təsərrüfatı sektorunun bir hissəsinə aid olan taxıl müqaviləsinin şərtləri yerinə yetirilməyib.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Danışıqların həqiqətən də mayın 3-də bütün tərəflərin iştirakı ilə baş tutub-tutmayacağı ilə bağlı suala o dialoqun davam edəcəyini bildirib.
"Müqavilə keçən dəfə 60 günlük uzadılmışdı. Bu, vaxt məhdudiyyətli qərardır, sövdələşmənin əvvəldən müəyyən edilmiş, lakin icra olunmayan elementləri, təəssüf ki, hamıya məlumdur", - deyə Peskov bildirib.
Qeyd edək ki, taxıl müqaviləsi mayın 18-də başa çatır. Bu gün "Reuters" agentliyi bütün tərəflərin iştirakı ilə bu məsələ ilə bağlı danışıqların mayın 3-də aparılacağını bildirib. Nəşrin mənbəsi ümid etdiyini bildirib ki, görüş zamanı nəticə əldə etmək mümkün olacaq.
Xəbər lenti
0