CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyavuş Novruzov: "5 manat pul qazanırsınız, millətin tərbiyəsini pozmayın"

© Sputnik / Murad OrujovSiyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini
Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Deputat qeyd edib ki, ziyalılarımız bu məsələyə münasibət bildirməlidirlər.
BAKI, 2 may - Sputnik. "70 yaşında adamları efirə evləndirməyə dəvət edirlər. Televiziyada ailə qururlar. Bizim adətimiz, milli dəyərlərimiz var. Axı, televiziyada kim evlənib- boşanır?"
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, ziyalılarımız bu məsələyə münasibət bildirməlidir: "İctimaiyyətə müraciət etsinlər ki, sənə nəvən, övladın və nəticən baxır. Onlar sizdən nə tərbiyə götürəcək? Bizim dövlətimiz əxlaq, mənəviyyat üzərində qurulub. Bunu hara aprırsınız? 5 manat pul qazanırsınız, Allah qəbul eləsin, amma millətin tərbiyəsini pozmayın".
Qeyd edək ki, parlamentdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsi müzakirə olunur.
Xəbər lenti
0