Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qlinski: Avropanın yarısı Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir

© AFP 2023 / JONAS EKSTROMER Pyotr Qlinski, arxiv şəkli
 Pyotr Qlinski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Qlinski vurğulayıb ki, müxalifət Rusiyanın müştərisi olmağa və onunla iş görməyə davam etmək üçün Ukrayna münaqişəsini tez bir zamanda dayandırmaq istəyir.
BAKI, 2 may — Sputnik. Avropanın yarısı və Polşa müxalifəti Rusiya ilə münasibətləri yaxşılaşdırmaq və Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmaq istəyir. Bu barədə "Kurjer Lubelski"yə müsahibəsində Polşa Baş nazirinin müavini Pyotr Qlinski bildirib.
O hesab edir ki, Polşa hakimiyyətinin siyasi rəqiblərinin başqa yolu yoxdur. Qlinski vurğulayıb ki, müxalifət Rusiyanın müştərisi olmağa və onunla iş görməyə davam etmək üçün Ukrayna münaqişəsini tez bir zamanda dayandırmaq istəyir. Baş nazirin müavini vurğulayıb ki, Avropanın yarısı oxşar mövqedən çıxış edir.
Qlinski həmçinin Avropa Şurasının keçmiş rəhbəri, Polşa müxalifətinin hazırkı lideri Donald Tusku "Şimal axını" layihəsini xilas etmək istəməkdə ittiham edib. Siyasətçi əmindir ki, bunun üçün o, Avropa Şurasının rəhbəri postunu tərk etdikdən sonra Polşaya qayıdıb.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev demişdi ki, nə qədər ki, Polşa rusofoblar tərəfindən idarə olunur, onunla münasibətləri saxlamağın mənası yoxdur.
Xəbər lenti
0