CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə bayağı verilişlərə görə telekanallar tənqid edilib

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, son illər yerli telekanallara baxanların sayı bir neçə dəfə azalıb. Bayağı məzmunlu verilişlər televiziyaların əsas hissəsinə çevrilib.
BAKI, 2 may - Sputnik. Milli Məclisin bugünkü plenar iclasında deputatlar bayağı verilişlərə görə telekanalları tənqid ediblər.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək bildirib ki, son illər yerli telekanallara baxanların sayı bir neçə dəfə azalıb. Bayağı məzmunlu verilişlər televiziyaların əsas hissəsinə çevrilib. Bayağı şou proqramların artması, şou əhlinin əsas simalar kimi təqdim olunması Zəfərimizə, məqsədimizə də uyğun deyil.
Deputat Bəhruz Məhərrəmov çıxış edərək qeyd edib ki, kütlənin zövqü televiziyaların yayım siyasətini müəyyən etməməlidir. Bu gün çoxsaylı internet telekanalı mövcuddur. Onların arasında kifayət qədər səviyyəli olanlar var. Ancaq elə internet telekanalları var ki, ciddi reklam resursları olmaya-olmaya böyük imkanlara malikdir. Onların qarşısına Soros ideyalarını təbliğ etmək, ermənilərin əli ilə edə bilmədiyini - Azərbaycanı daxildən dağıtmaq missiyası qoyulub.
Deputat Sabir Rüstəmxanlı bildirib ki, heç bir insan çirkli paltarda küçəyə çıxmaz: "Amma televiziyaya çirkli paltarlarla, çirkli dillə çıxırlar. Onların buna nə haqqı var?”
Deputat Razi Nurullayev də telekanallarda bayağı verilişləri tənqid edib. O bildirib ki, düşük, bayağı, çığırtı-bağırtı olan verilişlər cəmiyyətimizin mədəni və intellektual səviyyəsinin aşağı düşməsinə səbəb olur: "Onun üçün də gərək biz düşünək, televiziyalara hansı köməkliyi edək ki, onlar bu cür verilişlər üzərində reytinq qurub pul qazanmasınlar. Razıyam ki, onlara başqa mümkün mənbələrdən pul qazanmağa imkan yaradılsın, onlar maliyyə arxasınca düşüb cəmiyyətə lazımsız məlumatlar ötürməsinlər”.
"Bütün televiziyalara isə arzum budur ki, bizim efir məkanlarında sağlam tənqid səsləndirən verilişlərin sayı çoxalsın. Yalançı, boğazdan yuxarı təriflər, yaltaqlıq təbliğ edən verilişlər, yerli-yersiz təriflər ölkənin inkişafına yox, geriləməsinə səbəb olur", - deyə deputat əlavə edib.
Xəbər lenti
0