CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ANAMA sədri mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

© Sputnik / Emin AlisahibVüqar Süleymanov ANAMA-nın idarə heyətinin sədri
Vüqar Süleymanov ANAMA-nın idarə heyətinin sədri - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
ANAMA İdarə Heyətinin sədri bildirib ki, keçirilən maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara və ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq həmin ərazilərə daxil olurlar
BAKI, 2 may — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib. O, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.
Sədr son günlər baş verən mina partlayışı hadisələrindən təəssüfləndiyini bildirib.
ANAMA İdarə Heyətinin sədri qeyd edib ki, ölkədə mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Keçirilən maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara və ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq həmin ərazilərə daxil olurlar: "Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər".
Vüqar Süleymanov əlavə edir ki, son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün təlim keçmiş daha 5 it gətirilib. V.Süleymanov əlavə edib ki, 2021-ci ildə ABŞ-ın Marşal İrsi İnstitutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır. Bundan əlavə, yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur.
Xəbər lenti
0