DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Roma Papası Ukrayna və Rusiyaya çağırış edib

© AP Photo / John LocherRoma Papası
Roma Papası  - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Roma Papası Fransisk Ukrayna münaqişəsinin tərəflərini hücum cəhdlərindən əl çəkməyə və danışıqlar masası arxasına oturmağa çağırır.
BAKI, 1 may — Sputnik. Roma Papası Fransisk Ukraynanı və Rusiya Federasiyasını hücumdan əl çəkməyə çağırıb. O, danışıqların təşkili üçün Moskva və Kiyevə nümayəndələrini göndərməyə hazır olduğunu bildirib. Bu barədə RİA Novosti-yə Dünya Yaşlı Möminlər Birliyinin sədri Leonid Sevastyanov pontifiklə son söhbətinin məzmunu barədə danışarkən deyib.
"Roma Papası Fransisk Ukrayna münaqişəsinin tərəflərini hücum cəhdlərindən əl çəkməyə və danışıqlar masası arxasına oturmağa çağırır. Tərəflərin istəkləri yalnız danışıqlar masası arxasında reallaşa bilər, döyüş meydanında isə mümkün deyil. Danışıqlar hər iki tərəf üçün irəliləyişə səbəb olacaq. Tərəflər istəsə, istənilən vaxt Kiyev və Moskvaya danışıqlar prosesinin başlanmasına kömək edəcək öz nümayəndələrini göndərməyə hazırdır", - Sevastyanov bildirib.
Ötən ilin oktyabrında Vatikandakı məlumatlı mənbə RİA Novosti-yə bildirib ki, Müqəddəs Taxt-Tac Ukraynada sülhə nail olmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır. Vatikanın Fransa prezidenti Emmanuel Makronun təkliflərinə reaksiyası ilə bağlı suala o, "hər iki tərəf ondan vasitəçilik istəsə, Müqəddəs Taxt-tac sözsüz ki, geri çəkilməyəcək" deyə cavab verib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra bildirib ki, Rusiya təmaslara açıqdır, lakin danışıqların davam etdirilməsini çətinləşdirən məhz Ukraynadır.
Qeyd edək ki, Zelenski bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDMŞ) Rusiya prezidenti Vladimir Putinlə danışıqların aparılmasının mümkünsüzlüyü barədə qərarının icrası ilə bağlı fərman imzalayıb. O, həmçinin bəyan edib ki, Putin prezident olduğu müddətdə Ukrayna Rusiya ilə heç bir danışıqlar aparmayacaq.
Xəbər lenti
0