SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputatların Sloveniyaya səfəri gözlənilir

Nova Qoritsa - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Deputatlar Sloveniya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.
BAKI, 1 may — Sputnik. Milli Məclisin deputatları - Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev, qrupun üzvləri Elnur Allahverdiyev və Rafael Hüseynov mayın 2-də Sloveniya Respublikasının Nova Qoritsa şəhərinə səfər edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib deputatlar Sloveniya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.
Bununla yanaşı, hər iki ölkə parlamentinin dostluq qruplarının üzvləri Azərbaycanın Sloveniyadakı səfirliyi tərəfindən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 105-ci ildönümü münasibəti ilə təşkil olunan tədbirdə iştirak edəcəklər.
Səfər mayın 5-də başa çatacaq.
Xəbər lenti
0