Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Səudiyyə Ərəbistanı Sudandan onlarla rusiyalını təxliyə edib - Rusiya Baş Konsulluğu

© AP Photo / Marwan AliSudanda toqquşmalar, arxiv şəkli
Sudanda toqquşmalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Abunə olmaq
Aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb.
BAKI, 30 aprel - Sputnik. Səudiyyə Ərəbistanı onlarla rusiyalını hərbi gəmilərlə Sudandan təxliyə edib. Bu barədə bazar günü TASS-a müsahibəsində Rusiyanın Ciddədəki Baş Konsulluğunun mətbuat katibi Ruslan Usmanov bildirib.
“Rusiyalılar özbaşına evakuasiya etmirlər. Onlar Səudiyyə Ərəbistanının hərbi gəmiləri ilə çıxarılır. Onlar bu məsələni öz üzərinə götürüblər. Onları Sudan limanından çıxarırlar, sonra Ciddə limanına, dəniz bazasına gətirirlər. Onlarla burada görüşürük”, - deyə diplomat bildirib.

“Hazırda 40-a yaxın rusiyalı gəlib. Onların əksəriyyəti artıq buranı tərk edib: bəziləri Rusiyaya gedib, bəziləri başqa ölkələrə - kimin hansı istiqamətə getməsindən asılı olaraq”, - deyə diplomat bildirib.

Xatırladaq ki, aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb. BMT yaxın günlərdə 270 min insanın qonşu ölkələrə, əsasən də Çad və ya Cənubi Sudana sığınacağını proqnozlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0