Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev “Boeing” şirkətinin icraçı vitse-prezidentini qəbul edib

© Photo : Facebook / Azerbaijan Airlines - AZAL Şuşanın adını daşıyan "Boeing 787 Dreamliner" təyyarəsi
Şuşanın adını daşıyan Boeing 787 Dreamliner təyyarəsi - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Abunə olmaq
Görüşdə Qarabağda və Şərqi Zəngəzurda yeni hava istiqamətlərinin açılmasının önəmi vurğulanıb, əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
BAKI, 30 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da “Boeing” şirkətinin icraçı vitse-prezidenti, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib. Bu barədə Azərtac xəbər yayıb.
Görüşdə Azərbaycan ilə “Boeing” şirkəti arasında 8 ədəd müasir “Boeing 787 Dreamliner” təyyarəsinin alınmasına dair bu yaxınlarda razılaşmanın əldə olunması mühüm hadisə kimi qiymətləndirilib. Azərbaycan ilə “Boeing” şirkəti arasında uzun illərdir uğurlu və etibarlı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyev “Boeing” şirkətinin icraçı vitse-prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev “Boeing” şirkətinin icraçı vitse-prezidentini qəbul edib - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Azərbaycan Prezidenti İlham Əliyev “Boeing” şirkətinin icraçı vitse-prezidentini qəbul edib
Söhbət zamanı Azərbaycanda nəqliyyat sahəsində böyük işlərin həyata keçirilməsindən bəhs olunub, ölkəmizin mühüm beynəlxalq və regional nəqliyyat habına çevrildiyi, yeni hava limanlarının açıldığı qeyd edilib.
Qarabağda və Şərqi Zəngəzurda yeni hava istiqamətlərinin açılmasının önəmi vurğulanıb, əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə Formula 1 yarışının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirilib, ölkəmizə xeyli sayda turistin gəlməsinin önəmi vurğulanıb.
Azərbaycanın mötəbər tədbirlərin keçirildiyi məkana çevrildiyi və ölkəmizin beynəlxalq əməkdaşlıq işlərinə töhfə verdiyi qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0