DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Haaqa məhkəməsi 550 uşaq atasına sperma donorluğunu qadağan edib - KİV

© Sputnik / Михаил ВоскресенскийLaboratoriya əməkdaşı kriogen anbardan reproduktiv material olan nümunəni nümayiş etdirir
Laboratoriya əməkdaşı kriogen anbardan reproduktiv material olan nümunəni nümayiş etdirir - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Abunə olmaq
Donorun Hollandiyada 10 fərqli klinika vasitəsilə ən azı 102 uşaq dünyaya gətirdiyi üzə çıxandan sonra Hollandiya Ginekoloqlar Assosiasiyası onun fəaliyyəti barədə məlumat yayılıb.
BAKI, 30 aprel - Sputnik. Haaqa məhkəməsi təxminən 550 uşaq sahibi ola biləcək Hollandiyalı sperma donorunun bu fəaliyyəti davam etməsinin qadağan edilməsinə qərar verib. Bu barədə Dutch News portalı yazır.
Portalın məlumatına görə, 41 yaşlı hollandiyalı Conatan Yakob Meyer sperma donorluğu sayəsində 550-yə yaxın uşağın atası ola bilər.
© Sputnik / Aleksandr Polyakov / Mediabanka keçidDonor sperması üçün qab
Емкость с донорской спермой - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Donor sperması üçün qab
Hazırda bu adam "dünyada yüzlərlə qadını aldatmaqda" günahlandırılıb.
Qeyd olunur ki, məhkəmə kişini yenidən sperma verərsə və ya donor xidmətlərini reklam edərsə, 100 min avro cərimə ilə hədələyərək sperma bağışlamağa davam etməyi qadağan edib.
Məhkəmə iddiasında adı çəkilən Yeva adlı holland qadının 2018-ci ildə Meyerdən körpəsi olub.

“Onun 100-dən çox uşaq atası olduğunu bilsəydim, heç vaxt onu (donor kimi – red.) seçməzdim”, - deyə o, açıqlamasında bildirib.

Meyer haqqında ilk dəfə 2017-ci ildə Hollandiyada 10 fərqli klinika vasitəsilə ən azı 102 uşaq dünyaya gətirdiyi üzə çıxanda Hollandiya Ginekoloqlar Assosiasiyası (NVOG) tərəfindən məlumat verilib.
Sonra hollandiyalının adı öz vətənində "qara siyahı"ya salınıb. Lakin adam xaricdə, o cümlədən DanimarkaUkraynada öz xidmətlərini veb saytlar vasitəsilə təklif edərək sperma donorluğuna davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Cütlük, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.05.2022
SƏHİYYƏ
Azərbaycanda bu bankın yaradılması bacı-qardaş evliliyinə səbəb olacaq?
Xəbər lenti
0