Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sülh çağırışları marionetlər tərəfindən adekvat qəbul oluna bilməz - Zaxarova

© AFP 2023 / JOHANNES EISELENATO hərbçiləri
NATO hərbçiləri - Sputnik Azərbaycan, 1920, 26.04.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Kiyev rejimi Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə yönəlmiş istənilən ağıllı təşəbbüslərdən imtina etdiyini nümayiş etdirir.
BAKI, 26 aprel — Sputnik. Moskva Pekinin danışıqlar prosesini qurmağa hazır olduğunu bilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Çin Prezidenti Si Cinpinlə Vladimir Zelenski arasında telefon danışığını şərh edərkən deyib.
Xatırladaq ki, Çin Prezidenti Si Cinpin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Çin mediasının məlumatına görə, Si Cinpin Zelenskiyə Pekinin Ukraynaya nümayəndə göndərəcəyini deyib. ÇXR lideri həmçinin bildirib ki, dialoq və danışıqlar Ukrayna böhranının həlli üçün yeganə real yoldur.
"Biz Çin tərəfinin danışıqlar prosesinin qurulması üçün səy göstərməyə hazır olduğunu bilirik. Biz prinsipial yanaşmalarımızın Çin Xarici İşlər Nazirliyinin fevralın 24-də dərc etdiyi müvafiq mövqe sənədinin müddəaları ilə əksəriyyət etibarilə uzlaşdığını görürük", - Zaxarova bildirib.
Onun sözlərinə görə, problem yaxşı planların olmamasında deyil.
"Hələ ki, Kiyev rejimi Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə yönəlmiş istənilən ağıllı təşəbbüslərdən imtina etdiyini nümayiş etdirir və sonda danışıqlara razılıq qəsdən qeyri-ciddi tələblərlə, ultimatumlarla şərtlənir. Ukrayna hakimiyyəti və onların Qərb kuratorları artıq dinc təşəbbüslərə son qoymaq bacarıqlarını nümayiş etdiriblər", - diplomat bildirib.
Onun fikrincə, hər hansı sülh çağırışları Vaşinqtondan idarə olunan marionetlər tərəfindən adekvat qəbul oluna bilməz.
Xatırladaq ki, Çin Rusiya-Ukrayna böhranının həlli üzrə 12 bənddən ibarət planını təqdim edib: bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək zərurəti, Moskva ilə Kiyev arasında birbaşa dialoqun bərpası, gərginliyin qarşısını almağa çağırış. Çin Ukrayna münaqişəsindən istifadə etməklə birtərəfli sanksiyalara da qarşı çıxıb. Çin hesab edir ki, sankiyalar böhranın həllinə kömək etmir.
Xəbər lenti
0