DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyadakı aksiyanın iştirakçıları Rusiya ilə dostluğun tərəfdarı olublar

© AFP 2023 / INA FASSBENDERAlmaniya bayrağı
Almaniya bayrağı - Sputnik Azərbaycan, 1920, 26.04.2023
Abunə olmaq
Müharibə əleyhinə keçirilən aksiyada yerli fəallar, publisistlər və musiqiçilər də daxil olmaqla 500-ə yaxın insan iştirak edib.
BAKI, 26 aprel — Sputnik. Almaniyanın Torqau şəhərində (Saksoniya federal əyaləti) müharibə əleyhinə aksiya keçirilib.
Bu barədə "TASS" xəbər verir.
Aksiyada yerli fəallar, publisistlər və musiqiçilər də daxil olmaqla 500-ə yaxın insan iştirak edib.
Çıxış edənlər Ukraynada gedən döyüşlərin əleyhinə olduqlarını bildiriblər, eləcə də Rusiya ilə dostluqdan danışıblar. Onların bəziləri aksiyaya Rusiya bayraqları ilə gəliblər.
Nümayişçilər, həmçinin, Ukraynaya Qərb silahlarının verilməsinə qarşı çıxıblar.
"Silahın dünya ilə heç bir əlaqəsi yoxdur. Əgər Rusiya ilə Qərb arasında ziddiyyət yaranarsa, o zaman Avropada təhlükəsizlik olmayacaq", - deyə nümayişçilərdən biri agentliyin müxbirləri ilə söhbəti zamanı bildirib.
Bundan əvvəl "Le Figaro" nəşri də Ukraynadan çoxlu qaçqın axını ilə əlaqədar Almaniyada kütləvi etirazların keçirildiyini bildirmişdi.
Xəbər lenti
0