Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov Nyu-Yorka gəlib - Rusiya XİN

© Sputnik / Murad OrujovRusiyanın xarici işlər naziri Sergey Lavrov , arxiv şəkli
Rusiyanın xarici işlər naziri Sergey Lavrov , arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.04.2023
Abunə olmaq
Sergey Lavrovun bazar ertəsi BMT-nin baş katibi Antonio Quterreşlə görüşü gözlənilir.
BAKI, 24 aprel - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, nazir aprelin 24 və 25-də BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcək.

"Sergey Lavrov Nyu-Yorka gəlib. Sabah onun sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək", - deyə o, teleqram kanalında yazıb.

O, həmçinin qeyd edib ki, Sergey Lavrovun uçuşunu "Flightradar" xidmətində eyni vaxtda 700 mindən çox, ümumilikdə isə təxminən 3 milyon insan izləyib.
Lavrovun bazar ertəsi BMT-nin baş katibi Antonio Quterreşlə görüşü gözlənilir.
Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Rusiyanın müzakirə üçün çoxlu mövzuları var.
Bundan əlavə, rusiyalı nazir bir sıra ölkələrin xarici işlər nazirlərini, o cümlədən ABŞ-ın dövlət katibi Entoni Blinkeni Rusiya Federasiyasının sədrliyi ilə keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etməyə dəvət edib.
Lavrovla Blinkenin təşkilatın baş qərargahında üzbəüz təmasları məsələsi hələ də açıqdır. Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva Blinkenlə görüş imkanını nəzərdən keçirməyə hazırdır və Amerika tərəfi ilə dialoq üçün ciddi təkliflərdən heç vaxt imtina etmir.
Bununla belə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya nümayəndə heyəti Nyu-Yorka yola düşməzdən əvvəl belə bir görüş üçün hələlik planların olmadığını və təmas imkanının “şəraitə görə müəyyən ediləcəyini” bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0