NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiyanın Türkmənistandan aldığı qazın həcmi açıqlandı

© AFP 2023 / INA FASSBENDERQaz anbarı
Qaz anbarı - Sputnik Azərbaycan, 1920, 23.04.2023
Abunə olmaq
Rusiyanın Aşqabaddakı səfiri əlavə həcmlərə gəlincə bildirib ki, bu, Türkmənistanın nə qədər tədarük edə biləcəyindən asılı olacaq.
BAKI, 23 aprel — Sputnik. "Qazprom" ötən il tərəflərin bağladığı müqaviləyə əsasən Türkmənistandan 5 milyard kubmetrə yaxın qaz alıb. Bu barədə Rusiyanın Aşqabaddakı səfiri Aleksandr Bloxin TASS-a müsahibəsində bildirib.
2021-ci ildə Rusiya şirkəti Türkmənistandan 10 milyard kubmetr qaz alıb.
"Qazprom 2022-ci ildə Türkmənistandan təxminən 5 milyard kubmetr qaz alıb. Bizim Türkmənistanla 2024-cü ilə qədər müqaviləmiz var, bu, keçən il uzadılıb. Əlavə həcmlərə gəlincə, bu, Türkmənistanın nə qədər tədarük edə biləcəyindən asılı olacaq", - səfir bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya və Türkmənistan yeraltı qaz anbarlarının yaradılmasında əməkdaşlıqda qarşılıqlı maraqlıdır. Hazırda danışıqlar aparılır.
Xəbər lenti
0