Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib

© Sputnik / Rahim MammadovQəza baş verdiyi ərazi
Qəza baş verdiyi ərazi - Sputnik Azərbaycan, 1920, 23.04.2023
Abunə olmaq
Faktla bağlı bağlı araşdırma aparılır.
BAKI, 23 aprel - Sputnik. Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında magistralın Əliabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb. Belə ki, hadisə zamanı avtomobildə olan Qaraçuq kənd sakinləri 1967-ci il təvəllüdlü Əmrah Novruzov, 1968-ci il təvəllüdlü Gülnar Novruzova, 1991-ci il təvəllüdlü Türkanə Novruzova, Naxçıvan şəhər sakinləri 2010-cu il təvəllüdlü Novruz Allahverdiyev, 2012-ci il təvəllüdlü Ramal Allahverdiyev, Şərur rayon İbadulla kənd sakinləri 1989-cu il təvəllüdlü Orxan Cəlilov və 2014-cü il təvəllüdlü Sevgi Cəlilova yaralanıblar.
Onlar təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı bağlı araşdırma aparılır.
Qəza yerində - Sputnik Azərbaycan, 1920, 23.04.2023
HADİSƏ
DİN Ucardakı ağır qəza ilə bağlı məlumat yayıb
Xəbər lenti
0