CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrandan Niderlanda yarım ton heroin aparan maşın Naxçıvanda saxlanılıb

© AFP 2023 / LUIS ACOSTAУничтожение наркотиков, фото из архива
Уничтожение наркотиков, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.04.2023
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır.
BAKI, 22 aprel - Sputnik. Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Xəbərə görə, “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Niderland Krallığına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib. Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0