Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 21.04.2023
Abunə olmaq
Birinci vitse-prezident Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edib.
BAKI, 21 aprel - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram* hesabında Ramazan bayramı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:

“İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”.

* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0