CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin köməkçisi Balaxanıda rus icmasının nümayəndələri ilə görüşüb

© Photo : AZƏRTACZeynal Nağdəliyev
Zeynal Nağdəliyev  - Sputnik Azərbaycan, 1920, 19.04.2023
Abunə olmaq
Ərazidə abadlıq işlərinə başlanılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib, sındırılmış məzar daşlarının yenisi ilə əvəz olunmasına, habelə mühafizə məqsədilə qəbiristanlığın hasarlanmasına qərar verilib.
BAKI, 19 aprel — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki rus qəbiristanlığına baxış keçirilib.
Z.Nağdəliyev yerində sakinlərlə, o cümlədən rus icmasının nümayəndələri ilə görüşüb.
Tapşırığa uyğun olaraq ərazidə abadlıq işlərinə başlanılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib, sındırılmış məzar daşlarının yenisi ilə əvəz olunmasına, habelə mühafizə məqsədilə qəbiristanlığın hasarlanmasına qərar verilib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb və araşdırmaya başlanılıb.
Bakıda qəbiristanlıq - Sputnik Azərbaycan, 1920, 19.04.2023
CƏMİYYƏT
Zabratda qəbiristanlıqda qəbir daşları dağıdılıb
Xəbər lenti
0