Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Mayın 11-dən birinci siniflərə qəbul başlayır - Cədvəl

© Sputnik / Ilham MustafayevQazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova
Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova - Sputnik Azərbaycan, 1920, 19.04.2023
Abunə olmaq
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
BAKI, 19 aprel — Sputnik. Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Uşaqların qeydiyyatı mayın 11-i saat 11.00-dan başlayacaq.
Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (15 may saat 11.00), tədris digər dillərdə aparılan bölmələrə uşaqların qəbulu ilə bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat (15-31 may), həmçinin Bakı Avropa liseyi, respublika incəsənət gimnaziyası və bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə I siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat (15 may-27 iyun) mayın 15-i saat 11.00-dan başlayacaq.
Qəbul prosesi ilə bağlı digər mərhələlər barədə əlavə məlumat veriləcək.
Xəbər lenti
0