DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan-Hindistan tərəfdaşlığı yeni mərhələyə qədəm qoyub

© AFP 2023 / PRAKASH SINGHHindistanda parada zamanı hərbi texnika
Hindistanda parada zamanı hərbi texnika - Sputnik Azərbaycan, 1920, 19.04.2023
Abunə olmaq
Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistanın bu ölkəyə təyin olunmuş yeni səfiri Nilakşi Saha Sinqhlə görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
BAKI, 19 aprel — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistanın bu ölkəyə təyin olunmuş yeni səfiri Nilakşi Saha Sinqh ilə görüşüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.
Nazir Ermənistan və Hindistan arasında əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirərək, ikitərəfli tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.
"Səfir öz növbəsində Hindistan tərəfinin İrəvanla əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib. Həmsöhbətlər regional təhlükəsizliklə bağlı bir sıra məsələləri də müzakirə ediblər", - Nazirliyin yaydığı məlumatda bildirilib.
Xəbər lenti
0