Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Tarixçi: İşğaldan azad olunmuş ərazilərdə açıq səma altında muzey yaradılmalıdır

Abunə olmaq
Mütəxəssis təəssüf hissi ilə qeyd edir ki, Azərbaycanda tarixi abidələrin bərpasına naşı insanlar cəlb olunub. Bu sahədə lazımi qədər mütəxəssis yetişdirilməyib.
BAKI, 18 aprel — Sputnik. Tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırlması hər kəsin, xüsusən də tarixçilərin ən ümdə vəzifəsidir. Ölkəyə gələn turist öncə tarixi məkanlara baş çəkir. Bir ölkənin tarixiliyini sübut edən ən böyük fakt isə tarixi abidələrdir.
Tarixi abidələr bizim «Milli pasport»umuzdur. Bəs görəsən, tarixi abidələrimiz necə qorunur?Onların bərpası necə aparılır?
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov bu problemlərin necə həll olunduğu və ölkədə hansı tarixi obyektlərin bərpa olunduğu barədə danışıb.
Alim bildirir ki, tarixi abidələr təkcə insan faktorunun müdaxiləsindən zərər çəkmir, eyni zamanda təbiət hadisələri zamanı da müəyyən təsirlərə məruz qalır. İşğaldan azad olunmuş tarix və mədəniyyət abilərindən söz açan müsahibimiz bildirir ki, həmin ərazilərdə zərər çəkən abidələr kifayət qədər çoxluq təşkil edir:

«Mən 2005-ci ildə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin yaratdım. Həmin birliklə birgə indiyə qədər tətqiqat aparırıq. İşğaldan azad olunandan sonra məlum oldu ki, əksər abidələr həmin dövrdə yer ilə yeksan olub. Həmin ərazilərdə 2645 abidə var idi. Onların 1884-ü memarlıq, 764-ü arxeoloji abidələrdir, 67-si isə monumental heykəltaraşlıq nümunələridir. İslam dövrünə aid olan abidələrin əksəriyyəti ermənillər tərəfindən dağıdılıb. Xristianlıq dövrünə aid olan abidələrə isə çox ciddi müdaxilələr olub. Hansı ki, onlar unikal abidələr idi. Ermənistanın Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələri üzərində öz hüquqlarını təmin etmək istəyi abidələrimizin məhv olmasına gətirib çıxarıb. Onlar həmişə torpaqlarımıza iddia etdikləri kimi, mədəniyyət nümunələrimizə də iddialı olublar».

Tarixçi təəssüf hissi ilə qeyd edir ki, Azərbaycanda tarixi abidələrin bərpasına naşı insanlar cəlb olunub:
«Təəssüf ki, bu sahədə mütəxəssis yetişdirilməyib. Hansısa bir abidənin bərpası tez bir zamanda başa çata bilməz. Bu, ev tikmək deyil. Əfsus ki, müstəqillikdən sonra Azərbaycanda bərpaçı yetişmir. Monitorinq etsək, nə hansısa bir universitetdə ixtisas verilir, nə bir kollecdə, nə də peşə məktəbində bu peşə keçirilir. Memarlıq və İnşaat universitetində dərslər keçirilir, amma səviyyəsi çox aşağıdır. Bu sahə üzrə mütəxəssis demək olar ki, yoxdur. Xarici ölkələrdən mütəxəssis cəlb olunur. O da bizim büdcəmizə çox böyük ziyan vurur».
Tarix və mədəniyyət abidlərinin elektron bazasının yaradılmasından söz açan F.İsmayılov bunun çox vacib olduğunu diqqətə çatdırdı:
«Yerddi-səkkiz il əvvəl bunun üzərində işləməyə başlamışam. Paralel olaraq da Monument.az portalı yaratdım. Bu məlumat bazasında ancaq tarix və mədəniyyət abidələri haqqında məlumatlar yerləşdirilir. Gələcəkdə hansısa bir tətqiqat işi aparılarsa, həmin portaldan istifadə edə bilər. Mən bunu öz büdcəm hesabına etmişəm. Çox istəyərdim ki, Mədəniyyət nazirliyi bu portalın daha da inkişafı üçün yardım etsin. Güman edirəm ki, yaxın zamanlarda nazirlik portalın inkişafı üçün dəstək göstərər».
Müsahibimiz onu da bildirir ki, tarixi abidələrin populyarlaşdırılması olduqca vacibdir. Həmsöhbətiiz əlavə edir ki, işğaldan azad olunmuş ərazilərə insanların qayıtması gələcəkdə həm turzimin inkişafına, həm də abidələrin tanınmasına yardım edəcək:
"Turizm və abidələr fərqli sahərlər olsa da bir-birə bağlıdır. Laçına 700-dən artıq ailə köçürüləcək. Həmin insanların ora getməsi xarici ölkə vətəndaşlarının diqqətini cəlb edəcək. Laçında at fiquları və qoç buynuzları var ki, onlar qəbirlər üzərində qurulurdu. Ermənilər də onları məhv edib. Mən Laçının qurulmasında iştirak edən memarla danışanda ona bildirdim ki, yaxşı olar ki, orada bir park yaradılsın. Həmin parkda onlar yerləşdirlisin, onlar haqqında məlumatlar qeyd olunsun ki, gələcəkdə kimsə tətqiqat işi aparanda onun üçün rahat olsun. Təkcə Laçın yox, Cəbrayılda, Ağdamda, Zəngilanda və digər azad olunmuş ərazilərimdə açıq muzeylər yaradılarsa, bu, həm turzimin inkişafına, həm də tarixi abidələrimizin tanınmasına, eləcə də erməni vandalizminin dünyaya çatdırılmasına faydalı olacaq».
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0