Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Ölkə başçısı və xanımı Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olublar.
BAKI, 18 aprel — Sputnik. Salyana səfər çərçivəsində ölkə başçısı Salyanda “ASAN xidmət” Mərkəzinin açılışını edib. Bu barədə AZƏRTAC xəbər yayıb.
“ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir.
Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda “ASAN xidmət” mərkəzinin açılış mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Salyan rayonunda açılışı olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik”.

***
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.
Ölkə başçısı və xanımı Salyan rayonuna səfər çərçivəsində Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olublar.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.
Qeyd edək ki, bu gün ölkə başçısı və xanımı Neftçala rayonuna da səfər ediblər. Səfər çərçivəsində ölkə başçısı və xanımı Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala - Kürkənd - 2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Neftçalaya səfər çərçivəsində ölkə başçısı xanımı ilə birgə Neftçala Olimpiya İdman Kompleksinin açılışında da iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0