DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə, Rusiya məhsullarını bazarlara çıxarmaq üçün Qərblə əlaqə saxlayır

© Sputnik / Murad OrujovRuisya malları
Ruisya malları - Sputnik Azərbaycan, 1920, 17.04.2023
Abunə olmaq
Ankara BMT ilə birlikdə Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarlarına maneəsiz çıxışına zəmanət almaq üçün Qərb ölkələri ilə danışıqlar aparır.
BAKI, 17 aprel — Sputnik. Türkiyə taxıl müqaviləsi ətrafında vəziyyətin ciddiliyini anlayır və bütün iştirakçılarla təmasdadır. Ankara BMT ilə birlikdə Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarlarına maneəsiz çıxışı üçün zəmanət almaqdan ötrü Qərb ölkələri ilə danışıqlar aparır.
Bu barədə mexanizmin işində iştirak edən mənbə "RİA Novosti"yə məlumat verib.
"Taxıl sazişinin perspektivləri o qədər də parlaq deyil, razılaşmaların ikinci hissəsinin şərtlərinin icrası ilə bağlı vəziyyət (Rusiya ixracının blokdan çıxarılmasına dair) yaxşılaşmağa meylli deyil", - deyə bazar ertəsi Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. BMT-nin baş katibi Antoniu Quterreşin ofisi əvvəllər sazişdə iştirak edən ölkələrə məktublar göndərərək son vaxtlar bu sazişin şərtlərindən yayınma hallarının mövcudluğundan narahatlığını ifadə edib.
"Türkiyə tərəfi Rusiya məhsullarının bazarlara çıxışına maneələrin aradan qaldırılması, müvafiq təminatların alınması üçün Qərb tərəfdaşları ilə daim əlaqə saxlayır. Bütün səviyyələrdə iş gedir", - deyə agentliyin həmsöhbəti vurğulayıb.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Paket razılaşması həmçinin Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını nəzərdə tutur. Moskva qeyd edib ki, məhz bu, yerinə yetirilməyib, halbuki, BMT bu məhdudiyyətlərin aradan qaldırılacağına zəmanət verib.
Bundan əvvəl Rusiya Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini 60 gün, yəni mayın 18-dək uzadıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya baş katibin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə yazdığı məktubda qeyd edib ki, "Göstərilən tarixdən sonra Rusiya tərəfinin Qara dəniz taxıl təşəbbüsünün daha da uzadılmasına baxması yalnız Rusiya Federasiyası ilə BMT katibliyi arasında Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara çıxarılmasına kömək etmək üzrə qarşılıqlı anlayış memorandumunun icrasında ciddi irəliləyişdən asılı olaraq mümkün olacaq".
Xəbər lenti
0