DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şahzadə Harri atası III Karlın tacqoyma mərasimində iştiraka razılıq verib

© Toby Melville, Pool Photo via APŞahzadə Harri
Şahzadə Harri - Sputnik Azərbaycan, 1920, 16.04.2023
Abunə olmaq
Şahzadə Harri atası Kral III Karlla səmimi söhbətdən sonra daşı ətəyindən töküb və tacqoyma mərasiminə gəlməyə razılıq verib.
BAKI, 16 aprel - Sputnik. Şahzadə Harri tacqoyma mərasimində iştiraka razılıq verməzdən əvvəl atası, Böyük Britaniya kralı III Çarlzla səmimi söhbət edib.
Bu barədə məlumatı The Sun öz mənbələrinə istinadla yayıb.
Daha əvvəl Şahzadə Harrinin atası III Çarlzın tacqoyma mərasimində iştirak edəcəyi, lakin həyat yoldaşı Meqan Marklın Kaliforniyada uşaqları ilə qalacağı barədə məlumatlar yayılmışdı.
Bundan əvvəl cütlük Bukingem Sarayının övladlarını tədbirə dəvət etməkdən imtinası səbəbindən tacqoyma mərasiminə gəlmək istəmədiklərini açıqlamışdı.
"Şahzadə Harri tacqoyma mərasiminə gəlməyə razılıq verməzdən əvvəl atası Kral III Karlla səmimi söhbət edib", - mənbə bildirib.
Mənbələrin bildirdiyinə görə, hər iki tərəfdə “sülh bağlamaq istəyi və hazırlığı” var.
70 ildən çox ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Yelizaveta ötən il sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib. Şahzadə Çarlz III Karl adını alaraq kral, onun arvadı Kamilla isə kraliça konsort statusunu alıb. Kral cütlüyünün tacqoyma mərasimi mayın 6-na təyin edilib.
Xəbər lenti
0