Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İrəvandakı Azərbaycan idmançıları Vətənə qayıdacaq - BİRGƏ BƏYANAT

© Photo : Screenshotİrəvanda Azərbaycan bayrağı
İrəvanda Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında yerli azarkeşlərdən biri öz millətinə xas olan vandalizmi nümayiş etdirərək Azərbaycan bayrağını yandırıb.
BAKI, 15 aprel - Sputnik. Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.
Birgə bəyanatda deyilir:
"2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb.
Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir. İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir.
Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür.
Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.
Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq. Biz həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq.
Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir".
Xatırladaq ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında yerli azarkeşlərdən biri öz millətinə xas olan vandalizmi nümayiş etdirərək Azərbaycan bayrağını yandırıb. Sosial şəbəkələrdə bu tərbiyəsiz şəxsin dizayner Aram Nikolyan olduğu bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0