Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Komando bölmələrimiz praktiki atış çalışmalarını icra edib - VİDEO

Abunə olmaq
Atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
BAKI, 15 aprel - Sputnik. Cari ilin ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrində atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə bacarıqlarının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Komandolar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0