Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Azneft dairəsində nəqliyyatın hərəkəti məhdudlaşacaq

© HAMAD I MOHAMMED / POOL / AFFormula 1
Formula 1 - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
Bir müddət əvvəl Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi və Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanıb.
BAKI, 15 aprel - Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərini davam etdirir.
BŞH-dan verilən məlumata görə, bu gün gecə saat 22:00-dan etibarən tribunanın quraşdırılması ilə əlaqədar Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.
Orada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.
Daha əvvəl Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi və Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanıb.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0