Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb - DETALLAR

© Sputnik / Murad OrujovManat və dollar
Manat və dollar - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
Azərbaycanın xarici ticarətində 3 milyard 68,7 milyon dollar müsbət saldo yaranıb. Bu il idxal 10,9 faiz, ixrac isə 2,4 faiz artıb. Buğda idxalı 78 faiz yüksəlib.
BAKI, 15 aprel — Sputnik. Cari ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə məhsul ixrac olunub, 149 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 8 milyard 370,7 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 5 milyard 719,7 milyon dollarını və ya 68,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 651,0 milyon dollarını (31,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 3 milyard 68,7 milyon dollar məbləğində müsbət saldo yaranıb.
İdxal, ixrac yüksəlib
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə bu il idxal 10,9 faiz, ixrac isə 2,4 faiz artıb. 2023-cü ilin yanvar-fevral aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 36,6 faiz artaraq 651,4 milyon dollar təşkil edib.
Ölkənin xarici ticarət dövriyyəsinin 19,5 faizi İtaliya, 12,5 faizi Türkiyə, 10,6 faizi Rusiya, 5,6 faizi Çin, 5,3 faizi Almaniya, 4,7 faizi İsrail, 4,0 faizi İspaniya, 3,8 faizi Rumıniya, 3,6 faizi Fransa, 3,4 faizi Hindistan, 2,5 faizi Çexiya, 2,4 faizi Gürcüstan, 2,0 faizi Yunanıstan, hər biri 1,5 faiz olmaqla Avstriya, Türkmənistan və Vyetnam, hər biri 1,4 faiz olmaqla İndoneziya, Qazaxıstan və İrlandiya, 11,4 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 29,3 faizini İtaliyaya, 12,3 faizini Türkiyəyə, 7,3 faizini İsrailə, 6,1 faizini İspaniyaya, hər biri 5,6 faiz olmaqla Almaniya və Rumıniyaya, 4,5 faizini Hindistana, 4,3 faizini Rusiyaya, 3,6 faizini Çexiyaya, 3,5 faizini Gürcüstana, 3,1 faizini Yunanıstana, hər biri 2,1 faiz olmaqla Avstriya və İrlandiyaya, hər biri 1,9 faiz olmaqla İndoneziya və Vyetnama, 1,4 faizini Portuqaliyaya, 1,2 faizini Fransaya, 0,5 faizini Çinə, 3,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (42,0 faiz), Rusiyaya (21,1 faiz), Gürcüstana (9,9 faiz), Qazaxıstana (3,0 faiz), İsveçrəyə (2,9 faiz), Ukraynaya (2,8 faiz), Türkmənistana (2,4 faiz), Rumıniyaya (1,5 faiz), İtaliyaya (1,4 faiz), Niderlanda (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ən çox Rusiyadan mal idxal edilib
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 21,3 faizi Rusiya, 14,3 faizi Çin, 12,9 faizi Türkiyə, 7,7 faizi Fransa, 4,7 faizi Almaniya, 3,4 faizi Türkmənistan, 3,1 faizi İran, 3,0 faizi Qazaxıstan, 2,9 faizi ABŞ, 2,8 faizi İtaliya, hər biri 1,9 faiz olmaqla Koreya və Yaponiya, 1,6 faizi Belarus, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq və Ukrayna, 1,4 faizi Hindistan, 0,9 faizi Polşa, 0,8 faizi Braziliya, 12,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Şəkər, çay ixracı artıb
2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 59,2 faiz, meyvə və tərəvəz şirələri – 98,6 faiz, meyvə və tərəvəz konservləri – 2,0 dəfə, çay – 13,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,4 dəfə, polipropilen – 2,0 dəfə, polietilen – 3,6 faiz, emal olunmamış alüminium – 18,2 faiz, mineral gübrələr – 23,9 faiz, qara metallardan borular – 6,6 faiz, sement klinkerləri – 14,5 faiz artıb.
© Sputnik / Zulfiyya GuluyevaŞəkər tozu
Şəkər tozu - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Şəkər tozu
Meyvə-tərəvəz ixracı azalıb
Təzə meyvə ixracı isə 6,8 faiz, təzə tərəvəz – 13,5 faiz, tütün – 45,0 faiz, bitki yağları – 72,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 57,1 faiz, kartof – 48,3 faiz, pambıq lifi – 45,2 faiz, pambıq ipliyi – 11,9 faiz, bentonit gili – 26,8 faiz, qara metallardan çubuqlar – 52,7 faiz azalıb.
Buğda idxalı 78 faiz artıb
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2023-cü ilin yanvar-fevral aylarında buğda idxalı 78,0 faiz, şokolad və şokolad məhsulları – 22,6 faiz, unlu qənnadı məmulatları – 2,3 faiz, çay – 10,1 faiz, quş əti və onun əlavə məhsulları – 2,8 faiz, minik avtomobilləri – 25,3 faiz, dərman vasitələri – 26,4 faiz, polad prokatı – 70,9 faiz, qara metallardan borular – 21,2 faiz, rezin şinlər – 30,0 faiz, sintetik yuyucu vasitələr – 19,1 faiz, yük avtomobilləri – 30,4 faiz, polietilen – 45,8 faiz, qara metallardan çubuqlar – 13,2 faiz, mebellər – 7,3 faiz, mineral gübrələr – 60,2 faiz, paltaryuyan maşınlar – 52,1 faiz artıb.
© AP Photo / Hussein MallaBuğda, arxiv şəkli
Зерна пшеницы, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Buğda, arxiv şəkli
Şəkər və yağların idxalı azalıb
Təzə meyvə idxalı isə 10,4 faiz, xam şəkər – 27,5 faiz, bitki yağları – 55,8 faiz, kartof – 21,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 35,4 faiz, təzə tərəvəz – 22,3 faiz, mal əti – 13,2 faiz, siqaretlər – 46,2 faiz, hesablama maşınları, blok və qurğuları – 16,5 faiz, qara metallardan künclüklər – 14,1 faiz, polipropilen – 9,1 faiz, məişət kondisionerləri – 64,2 faiz, avtobuslar – 66,7 faiz, məişət soyuducuları – 36,9 faiz, sement – 5,1 faiz azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0