Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Alman" apteklərində dərmanların qiyməti Tarif Şurasının qiymətlərindən kəskin fərqlənir

© AP Photo / Elise Amendoladərman
dərman - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
Tarif Şurasının cədvəlində pərakəndə satışda 12.96 qəpiyə olan dərman preparatı alman aptekində 48 manata təklif olunur.
BAKI, 15 aprel — Sputnik. "Azərbaycandakı alman apteklərində qiymətlər hətta Almaniyanın özündən 20 dəfə bahadır". Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, apteklərdə satılan bəzi dərmanların içərisindəki həblərin sayında fərqlər olur: "Bununla da dərman satışı ilə məşğul olanlar gəlir etmək mənafeyi güdmüş olur. Hətta bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər Almaniyanın özündən 20 dəfə bahadır. Başa düşürəm, müəyyən xərclər var. Amma 5 avroya olan dərmanı burada 150-170 manata satmaq insafdan deyil. Bunun da həddi olmalıdır. Bu gün insanlar aptekə sağlamlıqları üçün ehtiyacdan üz tutur. İnsanlar aptekə vaxt keçirmək və ya qidalanmaqdan, yaxud da ad günü keçirmək üçün gəlmirlər. Sağlamlıq problemi olan insanlar əlavə qiymətlə də yüklənməli deyillər".
Millət vəkilinin bu açıqlaması sosial platformada da geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istehsalçıları Alman apteklər şəbəkəsinə daxil olan apteklərdə dərmanların qiymətinin kəskin baha olduğunu təsdiqləyiblər.
Sputnik Azərbaycan paytaxtda fəaliyyət göstərən alman apteklərində dərmanların qiymətinin Tarif Şurasının təsdiqlədiyi qiymətlərdən fərqli olub-olmadığını araşdırıb.
Əvvəlcə Tarif Şurasının "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri" cədvəlinə nəzər salırıq. Burada Almaniya istehsalı olan dərman preparatlarının qiymətlərinə diqqət yetiririk. Məsələn, Almaniya istehsalı ROBİSOL H1A (tərkibi -BISOPROLOL FUMARATE + HYDROCHLOROTHIAZIDE -5+12,5 mq) dərman preparatının qiyməti Tarif Şurasının cədvəlində pərakəndə satışda 12.96 qəpikdir. Bundan sonra alıcı qismində Alman apteki ilə əlaqə saxlayıb bu dərman preparatının adı, tərkibi, dozasını deyərək qiyməti ilə maraqlanırıq. Satıcı bildirir ki, alman aptekində bu preparatın qiyməti 48 manatdır. O, dərmandan bir qutu qaldığını, vacib lazımdırsa saxlaya biləcəyini söyləyir. Alman aptekinin satıcısı ilə sağollaşıb dəstəyi asırıq.
Qiymət fərqinə aydınlıq gətirmək məqsədilə təkrar alman apteklər şəbəkəsi ilə əlaqə saxlayırıq. Bu dəfə jurnalist olduğumuzu söyləyib dövlət tərəfindən tənzimlənən dərmanların qiymətlərində kəskin fərqin səbəbini soruşmaq məqsədilə...
"Alman" apteklər şəbəkəsinin meneceri İlham Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, alman apteklərində dərmanların qiymətinin çox baha olması ilə bağlı iddialar əsassızdır. İ. Qasımov iddia edir ki, alman apteklərində satılan dərman preparatlarının qiyməti tarif Şurasının tənzimlədiyi qiymətlərlə eynidir. Onun sözlərinə görə, hansısa adda dərman preparatının qiymətinin aptekdən baha deyilməsi satıcının dərmanın adını, tərkibini və dozasını qarışıq salmasına görə ola bilər.
O, həmçinin "Alman" apteklərində dərmanların niyə məhz Almaniya istehsalı olduğuna da aydınlıq gətirdi. Bildirdi ki, bu Almaniya istehsalı olan dərmanların digər dərmanlardan daha keyfiyyətli olması ilə bağlı deyil: "Azərbaycanda keyfiyyətsiz dərman anlayışı yoxdur. Ölkəmizə gətirilən bütün dərmanlar yoxlanılır. Sadəcə olaraq Almaniyada dərman sənayesi daha çox inkişaf etdiyi, orada dərman preparatları müasir texnologiyalarla hazırlandığı üçün biz dərmanları əsasən bu ölkədən idxal edirik. Amma bu heç də digər ölkələrin istehsalı olan dərman preparatlarının keyfiyyətsiz olduğu anlamına gəlmir".
Tarif Şurasından isə alman apteklərində satılan dərmanların baha olması ilə bağlı iddialara cavab veriləcəyini bildirdilər.
Əczaçı-mütəxəssis, provizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycana gətirilən dərmanların keyfiyyəti istehsal edildiyi ölkələrə görə dəyişə bilər. Onun sözlərinə görə, bu dərman istehsalı ilə məşğul olan şirkətlərin avadanlıqlarının köhnə, yaxud müasir olmasından asılıdır: " Analitik Ekspertiza Mərkəzinin rəyi olmadan Azərbaycan bazarına heç bir dərman preparatı daxil ola bilməz. Xaricdən dərman gətirdikdə Analitik Ekspertiza Mərkəzinə seriyalar üzrə nümunələr daxil olunur. Orada yoxlanıldıqdan sonra rəy verilir. Ona görə hansısa aptekdə dərmanın keyfiyyətinin aşağı, hansındasa yuxarı olduğunu söyləmək düzgün deyil. Sadəcə dərman istehsalında texnologiya keyfiyyətə təsir edə bilər. Belarusun Belarusun "Belmedpreparatı" və "Borisov Tibb Preparatları" zavodları var. Onların beynəlxaq sertifikatlarının olub-olmadığı məlum deyil. Amma Almaniya, İsveçrə, Türkiyə kimi ölkələrin məşhur dərman şirkətlərinin belə bir sertifikatı var. Dərman istehsalında texnologiyanın müasir və beynəlxalq tələblərə cavab verməsi önəmli amildir. Bu dərmanların qiymətinə təsir göstərə bilər".
Bununla belə provizor deyir ki, ən keyfiyyətli dərman preparatı belə ölkəmizə gətirildikdə daşınma, saxlanılma qaydasına əməl edilməzsə keyfiyyətini itirə bilər.
"Deputat iddia edir ki, bəzi dərmanların tərkibi Azərbaycan bazarı üçün istehsal edildikdə dəyişdirilir, doza həddi azaldılır və sair. Transmilli dərman şirkətlərinin hansısa işbazın sözü ilə dərmanın keyfiyyətini aşağı salması inandırıcı deyil. Temperatura həssas olan dərmanlar var. Onların saxlanılmasına əməl olunmadıqda onun keyfiyyəti bir saata da itə bilər. Azərbaycanda dərmanların daşınması, saxlanılmasına ciddi əməl olunub-olunmadığı sual altındadır. Keyfiyyəti itiriən dərman isə təsirini itirir, yaxud da toksiki təsir göstərir. Azərbaycanda satılan bəzi dərmanların təsirsiz olması bununla da bağlı ola bilər" deyə Elman Hüseynov bildirib.
Xəbər lenti
0