Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya vətəndaşlarının 78%-i Putinin işini bəyənir

© Sputnik / Алексей Даничев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Rusiyanın "İctimai Rəy" Fondu Rusiya Federasiyasının 53 subyektinin 104 yaşayış məntəqəsində 1500 respondent arasında sorğu keçirib.
BAKI, 14 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putinə vətəndaşların 77%-i etibar edir, 78%-i isə onun işini yaxşı adlandırıb.
Rusiyanın "İctimai Rəy" Fondunun keçirdiyi sorğunun nəticələri belədir.
Respondentlərin 78%-nin fikrincə Prezident Putin öz vəzifəsində kifayət qədər yaxşı işləyir, rəyi soruşulanların 10%-i onun işini zəif hesab edib, 12%-i isə cavab verməkdə çətinlik çəkib.
Dövlət başçısına güvənib-güvənmədiklərini soruşduqda 77% daha çox güvəndiklərini, 14% daha çox etibar etmədiklərini söyləyiblər, 9% isə cavab verməkdə çətinlik çəkib.
Sorğu aprelin 7-9-da Rusiya Federasiyasının 53 subyektinin 104 yaşayış məntəqəsində 1500 respondent arasında keçirilib.
Xəbər lenti
0