DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Roqov: Zaporojye AES-in yenidən işə salınması məqsədəuyğun deyil

© Sputnik / Константин МихальчевскийZaporojye AES
Zaporojye AES - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Roqov bildirib ki, hazırda Zaporojye AES-in iki enerji bloku planlı təmirdədir, ikisi soyuq dayanma rejimində, daha ikisi isə qaynar dayanma vəziyyətindədir.
BAKI, 14 aprel — Sputnik. Zaporojye Atom Elektrik Stansiyasının (AES) yenidən işə salınması Ukrayna Silahlı Qüvvələrinin (USQ) zərbələrinin davam edən riskləri səbəbindən məqsədəuyğun deyil.
Bunu "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqov "Solovyov Live" telekanalının efirində deyib.
"Atom stansiyasını yenidən işə salmaq, təəssüf ki, məqsədəuyğun deyil və buna ehtiyac yox idi, çünki elektrik xətlərinə dərhal zərbələr endiriləcək", - deyə Roqov bildirib.
Roqovun sözlərinə görə, hazırda Zaporojye AES-in iki enerji bloku planlı təmirdədir, ikisi soyuq dayanma rejimində, daha ikisi isə qaynar dayanma vəziyyətindədir.
Bu yaxınlarda "Rosatom"un baş direktoru Aleksey Lixaçyov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüşü zamanı Zaporojye AES-dəki vəziyyəti müzakirə edib.
Xəbər lenti
0