CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Goranboyda fermadan xeyli silah-sursat tapılıb

© AR Ministry of Internal AffairsSilah-sursat
Silah-sursat  - Sputnik Azərbaycan, 1920, 13.04.2023
Abunə olmaq
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir
BAKI, 13 aprel — Sputnik. Xocalı Rayon Polis Şöbəsinin daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı rayon sakini, Mətləb Məmmədova məxsus, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, oradan 4 ədəd "F1", 1 ədəd "RQ42", 1 ədəd " RQ5" əl qumbaraları, 3 ədəd qumbara alışdırcısı, 74 ədəd 5.45 mm-lik, 3 ədəd 7.62 mm-lik avtomat patronu, 9 ədəd 7.62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Xəbər lenti
0