Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

USQ bir gündə doqquz PUA və 16 ədəd zirehli texnika itirib - Rusiya MN

© Sputnik / Григорий СысоевUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukraynanın 400-dən çox hərbi təyyarəsi, 230-a qədər helikopteri, 3,7 mindən çox PUA-sı, 8,6 min tank və digər zirehli döyüş texnikası məhv edilib.
BAKI, 11 aprel — Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri bir gün ərzində Ukraynanın doqquz pilotsuz təyyarəsini, dörd HIMARS reaktiv yaylım atəşi sistemi (RYAS) mərmisini və bir GLSDB "ağıllı" bombasını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri (RSQ) qoşunlarının əməliyyat-taktiki aviasiyası, raket qoşunları və artilleriyası gün ərzində 97 rayonda Ukrayna Silahlı Qüvvələrin (USQ) 74 artilleriya bölməsinin atəş mövqelərini, canlı qüvvə və texnikasını darmadağın edib.
"Xerson istiqamətində 10-a qədər ukraynalı hərbçi, iki avtomobil, iki "Qvozdika" özüyeriyən artilleriya qurğusu, D-30 haubitsa və "Qrad" RYAS döyüş maşını atəşə tutularaq məhv edilib", - Nazirliyin açıqlamasında qeyd edilib.
Müdafiə Nazirliyi bildirib ki, Krasnolimansk istiqamətində gün ərzində düşmən itkiləri bunlardır: 90-dan çox ukraynalı hərbçi, üç zirehli döyüş maşını, pikap və D-30 haubitsa.
"Kupyansk istiqamətində "Qərb" Qüvvələr Qrupunun hava zərbələri və artilleriya atəşi nəticəsində 30-dan çox ukraynalı hərbçi, üç tank, iki avtomobil, eləcə də Polşa istehsalı olan "Krab" özüyeriyən artilleriya qurğusu məhv edilib", - Nazirlikdən bildirib.
Həmçinin qeyd edilir ki, Cənubi Donetsk və Zaporojye istiqamətlərində "Vostok" Qüvvələr Qrupunun aviasiya zərbələri və artilleriya atəşi nəticəsində 30-a qədər ukraynalı hərbçi, bir pikap, "Msta-B" haubitsa və "Akatsiya" özüyeriyən artilleriya qurğusu darmadağın edilib.
Xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri ümumilikdə Ukraynaya məxsus 406 hərbi təyyarə, 228 helikopter, 3736 pilotsuz uçuş aparatı, 415 zenit-raket kompleksi, 8626 tank və digər zirehli döyüş maşınları, 1079 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 4563 səhra artilleriya və minaatan silahı, həmçinin 9426 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Xəbər lenti
0