Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident Bosniya və Herseqovinaya səfər edəcək

İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Tərəflər enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirəcək və iqtisadi əməkdaşlığa dair məsələləri müzakirə edəcəklər.
BAKI, 11 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Bosniya və Herseqovinaya (BH) səfər edəcək. Bu barədə İnterfax Bosniyanın "FENA" xəbər agentliyinə istinadən xəbər yayıb.
"Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Bosniya və Herseqovinaya rəsmi səfər edəcək", - deyə çərşənbə axşamı agentliyin məlumatında qeyd edilib.
"FENA"nın məlumatına görə, səfər çərçivəsində Azərbaycan dövlət başçısının Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri ilə görüşləri nəzərdə tutulub.
Agentlik yazır ki, tərəflər enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirərək, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirilib, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulanıb.
Söhbət zamanı yüksək səviyyədə keçirilən görüşlərin münasibətlərimizin inkişafı və perspektivlərin müzakirəsi baxımından önəmi qeyd olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin ölkəmizə səfərinin bu işə töhfə verəcəyinə ümidvarlıq ifadə edilib.
Görüşdə COVID-19 dövründə, həmçinin Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi dəstək bir daha yüksək qiymətləndirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0